Rusiyanın cənubunda genişmiqyaslı hərbi kəşfiyyat təlimləri başlayıb
RF Müdafiə Nazirliyinin Kəşfiyyat və Xüsusi Təyinatlı dəstələri Volqoqrad vilayətində, Stravropol əyalətində, Çeçenistanda, Dağıstanda, Adıgeydə, Qaraçay-Çərkəzdə, Şimali Osetiyada təlimlərə başlayıb. Krımda Qaradəniz Donanmasının dənizçiləri təlimə başlayıb.
Təlimlərdə hərbi kəşfiyyat və xüsusi dəstələr iştirak edir, xəbəri İnterfaks yayıb. Bu, 2 minə yaxın hərbiçi və 200 ədəddən çox silah, hərbi və xüsusi texnika deməkdir.
Bir ay ərzində kəşfiyyatçılar yuxarıda adı çəkilən yerlərdə yeddi poliqonda sahə vərdişlərini təkmilləşdirəcəklər, deyə agentliyin həmsöhbəti bildirib.
YKS-3 yaxın kəşfiyyat stansiyalarının təcrübi tətbiqinə xüsusi diqqət yetiriləcək. Bu avadanlığın imkanları 3 min metrə qədər məsafədə vizual görüntü olmayan şəraitdə düşmənin piyada, silah və hərbi texnikasını aşkar etməyə imkan verir.
Təlimlərdə kəşfiyyatçılar QLONASS sisteminin platformasında “Qrot-M” fərdi istifadə üçün nəzərdə tutulmuş müasirləşdirilmiş kiçikölçülü naviqasiya cihazlarını mənimsəyəcəklər. -02D-
Dünyada
-
Çərşənbə günü səhər ABŞ prezidenti Donald Tramp Rusiya prezidenti Vladimir Putinlə telefon danışığı aparıb, bundan sonra Ukraynadakı müharibəni dayandırmaq üçün dərhal danışıqlara başlanacağı elan edilib. Tramp bu barədə Truth Social platformasında məlumat verərək vurğulayıb ki, onun fikrincə, əgər o, əvvəlki dövrlərdə prezident olsaydı, bu münaqişə baş verməzdi, lakin artıq baş verdiyinə görə, onu bitirmək lazımdır.
-
Ukrayna Prezidenti Volodimir Zelenski cümə günü Reuters-ə verdiyi müsahibədə ölkəsinin geniş nadir torpaq metallarının yataqlarını əks etdirən əvvəllər məxfi saxlanılan xəritəni diqqətlə araşdıraraq keçmiş ABŞ Prezidenti Donald Trampın “müqavilə bağlama” meylinə müraciət etməyə çalışdığını göstərdi.
-
ABŞ prezidenti Donald J. Trampın Rusiya prezidenti Vladimir V. Putinlə Ukraynada müharibənin mümkün sonu barədə telefon danışığı apardığı bildirilir. Bu barədə New York Post məlumat yayıb. Məlumatda söhbətin nə vaxt baş tutduğu və ya Rusiyanın bunu təsdiqləyib-təsdiqləmədiyi açıqlanmır, bu da Trampın münaqişəyə dair qeyri-müəyyən mövqeyinə yeni suallar yaradır.
-
ABŞ Prezidenti Donald Tramp qlobal yardımları dondurdu, o cümlədən Konqres tərəfindən müstəqil media və informasiya azadlığının dəstəklənməsi üçün ayrılmış 268 milyon dollardan çox vəsaitin istifadəsini dayandırdı. Sərhədsiz Reportyorlar (RSF) bu qərarı pisləyərək, qeyri-hökumət təşkilatlarını, media qurumlarını və jurnalistləri qeyri-müəyyən vəziyyətə saldığını bildirib. RSF beynəlxalq donorları müstəqil medianın davamlılığını təmin etmək üçün məsuliyyət götürməyə çağırıb.
Rəy yaz