Türkiyə gəncləri etiraz aksiyalarına start veriblər
Türkiyənin gənclər təşkilatları cümə axşamı günorta saatlarından etibarən paytaxt Ankarada kütləvi etiraz aksiyalarına başlayıblar.
Aksiya iştirakçıları 2000-ci illərdə keçirilən “Erkenekon” və “Balyoz” əməliyyatları zamanı tutulan hərbçilərin uzun müddət mühakimə olunmadan həbsdə saxlanmalarına etiraz edirlər. Onların buraxılması tələb olunur.
Aksiya iştirakçılarının Türkiyə parlamentinin önünə gələrək burada mətbuata açıqlama verməsinə polis mane olur. Aksiya “azadlıq görüşü” adı altında keçirilir.
CHP-dən olan millət vəkili Dilək Yılmaz polis rəhbərlərilə danışıqlar apararaq aksiya iştirakçılarının parlament önünə buraxılmalarını istəyir. Hələlik tərəflər hər hansı razılığa gələ bilməyiblər. Gənclərin rəhbərləri polisin bəyanatı parlament önündən kənarda oxumaları haqda tələbinə boyun əyməyəcəklərini bildirirlər.
“Ya azadlıq, ya ölüm, ya müstəqil Türkiyə!”. “Mustafa Kamal əsgərləriyik!” şüarları səsləndirən aksiya iştirakçıları polislərlə üz-üzə dayanıblar.
İnformasiya çapa hazırlanan dəqiqələrdə aksiya davam edirdi.-05D-
-
- İqtisadiyyat
- 13 Fevral 2014 16:19
-
- Cəmiyyət
- 13 Fevral 2014 16:28
Dünyada
-
Çərşənbə günü səhər ABŞ prezidenti Donald Tramp Rusiya prezidenti Vladimir Putinlə telefon danışığı aparıb, bundan sonra Ukraynadakı müharibəni dayandırmaq üçün dərhal danışıqlara başlanacağı elan edilib. Tramp bu barədə Truth Social platformasında məlumat verərək vurğulayıb ki, onun fikrincə, əgər o, əvvəlki dövrlərdə prezident olsaydı, bu münaqişə baş verməzdi, lakin artıq baş verdiyinə görə, onu bitirmək lazımdır.
-
Ukrayna Prezidenti Volodimir Zelenski cümə günü Reuters-ə verdiyi müsahibədə ölkəsinin geniş nadir torpaq metallarının yataqlarını əks etdirən əvvəllər məxfi saxlanılan xəritəni diqqətlə araşdıraraq keçmiş ABŞ Prezidenti Donald Trampın “müqavilə bağlama” meylinə müraciət etməyə çalışdığını göstərdi.
-
ABŞ prezidenti Donald J. Trampın Rusiya prezidenti Vladimir V. Putinlə Ukraynada müharibənin mümkün sonu barədə telefon danışığı apardığı bildirilir. Bu barədə New York Post məlumat yayıb. Məlumatda söhbətin nə vaxt baş tutduğu və ya Rusiyanın bunu təsdiqləyib-təsdiqləmədiyi açıqlanmır, bu da Trampın münaqişəyə dair qeyri-müəyyən mövqeyinə yeni suallar yaradır.
-
ABŞ Prezidenti Donald Tramp qlobal yardımları dondurdu, o cümlədən Konqres tərəfindən müstəqil media və informasiya azadlığının dəstəklənməsi üçün ayrılmış 268 milyon dollardan çox vəsaitin istifadəsini dayandırdı. Sərhədsiz Reportyorlar (RSF) bu qərarı pisləyərək, qeyri-hökumət təşkilatlarını, media qurumlarını və jurnalistləri qeyri-müəyyən vəziyyətə saldığını bildirib. RSF beynəlxalq donorları müstəqil medianın davamlılığını təmin etmək üçün məsuliyyət götürməyə çağırıb.
Rəy yaz