10 ayda BFB-də dövriyyə 8,3 mlrd manat olub
2012-ci ilin yanvar-oktyabrında Bakı Fond Birjasında bütün alətlər üzrə birja əqdlərinin ümumi dövriyyəsi 8250,5 mln manat təşkil edib. Bu, ötən ilin eyni dövründəkindən 35,7% çoxdur.
Oktyabrda birja dövriyyəsi 350,97 mln manat olub.
BFB-nin məlumatına görə, hesabat dövründə bütün əqdlərin 91,7%-i dövlət qiymətli kağızlarının payına düşüb.
Birja satışlarının həcminin artımı 37,5% artan dövlət kağızları bazarının hesabına olub. Notların ilkin bazarında əqd dövriyyəsi 37,7%, repo əməliyyatlarla əqdlər 42,5% artıb.
Korporativ qiymətli kağızlar bazarı 18,5% artıb. İstiqrazların ilkin yerləşdirilməsi həcmi hesabat dövründə 3,6 dəfə, onlarla təkrar əməliyyat həcmi 19,7% azalıb. İlkin səhm bazarında 4,3 dəfə artım, təkrar bazarda 24% artım olub. İlkin bazarda əqd sayı 119-dan 207-yə artıb, təkrar bazarda 2940-dan 2850-yə azalıb. --15D--
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz