2014-cü ildə Azərbaycan qazı orta hesabla 1000 kub/m-ə görə $167,91-a ixrac edib, yerli bazarda isə $131 dollara satıb
2014-cü ilin yanvar-noyabrında Azərbaycan 7 mlrd. 724 mln. 533 min kubmetr qaz ixrac edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 20,2% çoxdur.
Dövlət Gömrük Komitəsinin (DGK) məlumatına görə, hesabat dövründə qazın bəyan edilmiş həcmi 1 mlrd. 530 mln. 877,86 min kubmetr, dəyəri $257 mln. 63,68 min təşkil edib.
Bu məlumatlardan belə nəticəyə gəlmək olar ki, Azərbaycan 11 ayın yekunlarına görə, orta hesabla öz qazını 1000 kubmetrə görə $167,91 qiymətinə ixrac edib.
Qeyd etmək lazımdır ki, AÇG beynəlxalq müqaviləsi çərçivəsində Azərbaycan pulsuz olaraq 3 mlrd. kub/m qaz alır. Dövlət Neft Şirkətinin statistikasına görə, əhali ildə 2 mlrd.kub/m qaz işlədir. Kommersiya qazının hasilatı və onun istehlakçıya çatdırılması $10-a başa gəlir. Yerli bazarda qaz hüquqi şəxslərə və əhaliyə 1000 kub/m-ə görə $131 dollara satılır. Bu, maya dəyərindən 13 dəfə çoxdur. Əgər səmt qazından danışsaq, bu, əhaliyə 100 dəfə baha satılır.–12D—
-
- İqtisadiyyat
- 18 Dekabr 2014 11:44
-
- İqtisadiyyat
- 18 Dekabr 2014 11:54
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz