VTBBank-Azerbaijan-ın tranzaksiyaları genişlənir
İlin əvvəlindən etibarən “VTBBank (Azerbaijan” ASC-nin ödəmə kartları vasitəsilə 70 mindən çox tranzaksiya həyata keçirilib ki, bu da yanvarın 1-nə olan göstəricidən 2 dəfə çoxdur.
Maliyyə qurumunun press-relizində qeyd edilir ki, dekabrın 1-nə sözügedən əməliyyatlar çərçivəsində hərracların məbləği 15 mln. manata (ilin əvvəlinə +60%) çatıb, pulların nağdlaşdırılması üzrə əməliyyatların məbləği isə 13 mln. manatı aşıb ki, bunun 10,3 mln. manatı bankomatlardan nağd olaraq çıxarılıb. Bankın pos-terminalları vasitəsilə nağd verilməsi üzrə əməliyyatlar 2,6 mln. manatdan çox olub.
İlin əvvəlindən pos-terminallar vasitəsilə nağdsız ödəmələrin həcmi 56% - 1,2 mln. manata qədər artıb “Onlayn-ödəmələrdə də müsbət dinamika müşahidə olunur. Yanvar-noyabr ayları ərzində tranzaksiyaların məbləği 3 dəfə artıb və təxminən 700 min. manat təşkil edib”, deyə məlumatda bildirilir. Dekabrın 1-nə bankın dövriyyədə olan kartlarının sayı təxminən 3 dəfə - 4 minə qədər artıb. “VTBBank (Azerbaijan)” 2009-cu ildə AR Mərkəzi Bankından lisenziya alıb. Bankın səhmdarları strukturunda səhmlərin 51%-i VTB Bank ASC-yə, 48,99%-i AtaHolding şirkətlər qrupuna, 0,1%-i fiziki şəxsə məxsusdur. -17D-
-
- İqtisadiyyat
- 18 Dekabr 2014 12:00
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz