«Azərbaycan Kredit Bankı» «BTB Bank»
«Azərbaycan Kredit Bankı» ASC rəhbərliyi gücləndirmək qərarına gəlib. Emil Rzayev bankın Müşahidə Şurasına yeni rəhbər təyin olunub. O, əvvəllər «BTB Bank» ASC İH-nin sədri olub. Bu bankın səhmlərinin çoxu Prezident Administrasiyasının rəhbəri Ramiz mehdiyevin ailəsinə məxsusdur. «Azərbaycan Kredit Bankı» ASC-nin mətbuat xidmətinin məlumatına görə, indiyə qədər “Azərbaycan Kredit Bankı”nın Müşahidə Şurasının sədri vəzifəsini müvəqqəti olaraq bankın 3 əsas səhmdarından biri Abbasov Şirxan Mail oğlu icra edib.
Müşahidəçilər bu addımı nizamnamə kapitalının azlığı (11,43 mln manat) və minimum tələbi (50 mln) yerinə yetirmək imkanının olmamsı ilə əlaqələndirir. Demək, bu bank daha iri bankla birləşə bilər.
«Azərbaycan Kredit Bankı» ASC 2005-ci ildə lisenziya alıb. Səhmdarları Şirxan Abbasovun üç ailə üzvüdür (36,64%). --17D—
-
- İqtisadiyyat
- 18 Dekabr 2014 11:39
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz