ABB manat əmanətləri cəlb edir
«Azərbaycan Beynəlxalq Bankı» (ABB) fiziki şəxslərin manat depozitləri üzrə faiz dərəcələrini artırıb.
Bankdan verilən məlumata görə, «Klassik» və «Multivalyuta» əmanətləri üzrə illik dərəcə indi hər ay faiz ödəniləndə 11,2%, illik ödəniləndə 12%-dir.
İki illik depozitlərdə hər ay faiz ödəniləndə dərəcə 11,4%, illik ödəyəndə 12,2%, depozit müddətinin sonunda ödəyəndə 13%-dir.
4 illik depozitlərdə dərəcə 11,8%, 12,6% və 15,4%-dir. Depozit 10 illik müddətə yerləşdiriləndə bu göstəricilər 13%, 13,8% və 22,4% təşkil edir.
Depozit məhsulları sırasında «Klassik» və «Multivalyuta» «Yığım», «Avans», «Uşaq», «Qızıl», «Pensiya» və «Əmanаt kartı» var.
«Klassik» və «Multivalyuta» «Yığım» və «Avans» depozitləri 100 min manatdan (və ya valyuta ekvivalentindən) çox olanda dərəcəyə 0,5% əlavə edilir. --17D—
-
- İqtisadiyyat
- 6 Mart 2015 15:11
-
- Siyasət
- 6 Mart 2015 15:21
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz