AFBBank LIDER beynəlxalq pul köçürmələri sisteminə qoşulub
"AFBBank" ASC LİDER beynəlxalq pul köçürmələri sisteminə qoşulub.
Maliyyə-kredit qurumunun məlumatında deyilir ki, yeni sistem vasitəsilə qurumun 11 filialında və 3 şöbəsində pul göndərmək və ya almaq olar. Böyük valyuta məhdudiyyətləri yoxdur, köçürmələr ABŞ dolları, avro və Rusiya rublu ilə həyata keçirilir.
"AFBBank" ASC 2008-ci il noyabrın 28-dən AMB-nin lisenziyası əsasında fəaliyyət göstərir. Onun əsas səhmdarı "Gilan" MMC-dir (99,2%), iki fiziki şəxs 0,8%-lik iki kiçik paketə malikdir.
2003-cü ilin aprelindən fəaliyyət göstərən LİDER sistemi vasitəsilə dünyanın 132 ölkəsində 130 min məntəqədən pul köçürmələri həyata keçirilir. -17D-
-
- İqtisadiyyat
- 11 Noyabr 2015 14:13
-
- Siyasət
- 11 Noyabr 2015 14:22
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz