- İqtisadiyyat
- 11 Noyabr 2015, 14:13
- 149
ВР bu il neft hasilatının ötən ildəkindən az olmayacağını bildirir
Bu il AÇG blokunda neft hasilatı proqnozu qabaqlayır. BP-Azerbaijan-ın prezidenti Qordin Birrel jurnalistlərə belə deyib.
"Вu il neft hasilatının ötən ildəkindən az olmayacaq. Göstəricilər proqnozu qabaqlayır", - deyə Birrel bildirib.
Bu ilin I yarısında AÇG-də 116 mln barrel neft çıxarılıb. Bu, ötən ilin eyni dövründəkindən 2,8 mln barrel azdır. Amma ötən həftə Xoşbəxt Yusifzadə bildirib ki, on ayda 26 mln ton neft çıxarılıb. Bu əsas verir ki, cari ildə 31 mln ton neft hasilatı mümkün olsun. Ötən il bu göstərici 31,37 mln ton, 2013-cü ildə 32,2 mln ton olub. –12В--
-
- İqtisadiyyat
- 11 Noyabr 2015 14:11
-
- İqtisadiyyat
- 11 Noyabr 2015 14:21
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz