ВР Xəzərin ən köhn platformasında hasilatı dayandırıb
ВР-Azerbaijan şirkəti (“Azəri-Çıraq-Günəşli” blokunun işlənməsi üzrə operator) 10 noyabrda “Çıraq” paltformasında profilaktik işlərin aparılması məqsədilə neft hasilatı dayandırıb.
Profilaktik işlər 25 gün davam edəcək. Plana əsasən, işlərin aprıldığı müddətdə platformadan neft hasilatı dayandırılacaq”, - deyə şirkətdən bildirilib.
BP-Azerbaijanın məlumatına görə, "Çıraq" platformasından hasilat planlaşdırılmış profilaktik işlər, inspeksiya və layihə işləri effektiv şəkildə aparılması üçün dayandırılır.
BP-Azerbaijan-da bildiriblər ki, AÇG-nin qalan platformalarında hasilat, həmçinin Bakı-Tbilisi-Ceyhan, Cənubi Qafqaz Qaz Boru Kəməri və Qərb marşrutu İxrac Boru Kəməri vasitəsilə ixrac əməliyyatları normal davam edəcək. Səngəçal terminalı da normal işləyəcək, həmçinin Ceyhan terminalında tankerlərin yüklənməsi və yola salınması cədvələ əsasən davam edəcək.
Xəbər verildiyi kimi, 2015-ci ilin I yarısında “Çıraq” platformasından orta hesabla sutkada 55 min barel neft hasil edilib. “Çıraq” yatağından neft hasilatı 1997-ci ilin noyabrından başlayıb.–12D--
-
- Cəmiyyət
- 11 Noyabr 2015 14:07
-
- İqtisadiyyat
- 11 Noyabr 2015 14:13
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz