Alternativ energetikanın payı 1%-dən azdır
2016-cı ilin yanvar-sentyabrında Azərbaycanda 16 794,6 mln kVtsaat elektrik enerjisi istehsal edilib. Bu, ötən ilin eyni dövründəkindən 2,3% azdır, deyə Dövlətstatkom məlumat verir.
Dövlətstatkoma görə, elektrik enerjisinin əmtəəlik həcmi 16 045,4 mln kVtsaat (azalma 2%) olub.
“Azərenerji”nin İES-lərində 14 426,0 mln kVtsaat (azalma 4,7%), SES-lərdə 1 557,5 mln (artım 26,1%) elektrik enerjisi istehsal edilib.
Bundan başqa, 50,1 mln kVtsaat günəş enerjisi (artım 15,7 dəfə), 11,8 mln kVtsaat isə külək enerjisi (artım 2,5 dəfə) istehsal edilib.
Bu baxımdan mini-SES-ləri də nəzərə alsaq, onda 9 ayda alternativ energetikanın xüsusi çəkisi Azərbaycanda 0,49% təşkil edib, yəni heç yarım faizə belə çatmayıb. –12В--
-
- Siyasət
- 19 Oktyabr 2016 12:47
-
- İqtisadiyyat
- 19 Oktyabr 2016 12:56
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz