Aparıcı tikinti şirkəti 735 avtomobili satışa çıxarıb
«Akkord» korporasiyası 735 ədəd avtonəqliyyat vasitəsini, əsasən yük maşınlarını satışa çıxardığını elan edib.
Korporasiyada Turan-a bildiriblər ki, avtoparkda 3500 avtomobil var. Satışa amortizasiya müddəti keçən, amma istismara tam yararlı avtonəqliyyat vasitələri çıxarılıb.
Satışda 30-dan çox marka avtomobil, o cümlədən Ford (224), Kamaz (142), Shacman (83), Maz (39), Kraz (74), Howo (49), WABCO (19), MAN (9) var.
Satış başa çatanda korporasiya Qazaxdakı sement zavodu üçün yeni avtomobillər alacaq.
2013-cü ildə Azərbaycana 7823 ədəd yük avtomobili gətirilib. 08B
Marka | Sayı | Marka | Sayı |
ASTRA | 3 | Mercedes | 2 |
Bertoja | 1 | Nissa | 1 |
BMC | 2 | NİSSAN | 2 |
Bryanskiy | 1 | PAZ | 1 |
CAMC | 6 | Qaz | 13 |
Dong Feng | 10 | Qazel | 2 |
Ford | 224 | Shacman | 83 |
Foton | 7 | TATRA | 1 |
Howo | 49 | TMZ | 1 |
İsuzu | 5 | Tonar | 3 |
İveco | 12 | TЦ | 1 |
Jac | 1 | UAZ | 6 |
Kamaz | 142 | Volvo | 1 |
Kraz | 74 | WABCO | 19 |
KVZ | 3 | Yalcın | 1 |
MAN | 9 | Zil | 7 |
Maz | 39 | Mazın qoşqusu | 3 |
CƏMİ : 735 ədəd | |||
-
- İqtisadiyyat
- 2 Aprel 2014 11:55
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz