«Aqrolizinq» ASC minimum ziyana düşüb
Dövlət “Aqrolizinq” ASC yenidən ili ziyanla başa vurub. Bu dəfə şirkətin ziyanı 639,7 min manat olub.
2015-ci ildə “Aqrolizinq” ASC-nin əməliyyat gəlirləri 2014-cü illə müqayisədə 12,5% azalaraq 113,1 mln manat olub. Xərclər nəzərə alınmaqla əməliyyat mənfəəti 10,8 mln manatı keçib. Bu, əvvəlki ildəkindən 3,6 mln manat çoxdur. Amma inzibati xərclər 2,4 mln manat artdığı üçün “Aqrolizinq” ziyana düşüb.
2016-cı ilin əvvəli üçün “Aqrolizinq” ASC-nin aktivləri 16,8% artaraq 615,2 mln manat olub. Bunun 342 mln manatı kənd təsərrüfatı texnikası, gübrə, ev heyvanlarının lizinqə satışı üzrə uzunmüddətli borclardır.
2015-ci ildə “Aqrolizinq” ASC-nin nizamnamə kapitalı 40 mln manat artırılaraq 234,5 mln manata çatıb.
Şirkət dövlət maliyyələşməsi əsasında kənd təsərrüfatı texnikası, avadanlıqları, gübrə, ev heyvanlarını lizinqə verir, fermerlərin kənd təsərrüfatı bitkiləri əkini və məhsul yığımı sifarişlərini yerinə yetirir.
Qeyd edək ki, 2005-ci ildən 2014-cü ilə kimi “Aqrolizinq” ASC ilk dəfə 829,5 min manat xalis mənfəət əldə edib.
2016-cı il yanvarın 1-i üçün “Aqrolizinq” ASC-nin ümumi ziyanı 11,1 mln manat təşkil edib. 08D
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz