ARDNŞ-nin aqressiv investisiya siyasəti nə ilə nəticələnə bilər?
Fitch gözləyir ki, 2013-2015-ci illərdə ARDNŞ-nin kapital qoyuluşu $5,8 mlrd ola bilər. Bu barədə Fitch agentliyi məlumat verir.
"Şirkət kapital qoyuluşunun azalması üzrə yüksək olmayan çevikliyə malikdir, çünki vəsaitlərin çoxu hasilatın azalmasının qarşısını azaltmağa, PSA sazişlər üzrə öhdəliklərin icrasına və investisiya layihələrinin başa çatdırılmasına yönəldilib. Buraya gücü ildə 10 mln ton olan STAR neft emalı zavodu da daxildir", - deyə məlumatda bildirilir.
Ekspertlər hesab edir ki, aqressiv investisiya siyasəti və kredit qabiliyyətini azalda biləcək işlər ARDNŞ reytinqi üçün mənfi ola bilər.
31 dekabr 2012-ci il üçün ARDNŞ-nin 1 263 mln manat pul vəsaiti olub. Bu isə 1 895 mln manat həcmində borcu ödəmək üçün yetərli olmayıb. ARDNŞ-nin vəsaitlərinin çoxu, qısamüddətli depozitlər daxil, ABB-dədir ("BB"/proqnoz "sabit").
Fitch qeyd edir ki, qısamüddətli borclar 2012-ci il üçün bütün borcun 40%-i qədər olub. 2013-cü ilin martında ARDNŞ 1 mlrd dolları 4,75% gəlirliliklə 2023-cü ilə ödənilməklə yerləşdirib. Şirkətin borcunun 78%-i 31 dekabr 2012-ci il üçün ABŞ dolları ilə nominasiya olunub. O cümlədən $500 mln 2017-ci ildə ödənilməlidir. ARDNŞ-nin borcunun 60%-nin dəyişən dərəcəsi olub. --12D--
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz