ARDNŞ yanvarda büdcəyə vergi ödənişini 29% artırıb
2014-cü ilin yanvarında ARDNŞ-nin dövlət büdcəsinə ayırmaları 173 mln 578 min manat təşkil edib. Bu, 2013-cü ilin eyni dövründəkindən 29,3% çoxdur.
ARDNŞ-nin Dövlət Sosial Müdafiə Fonduna ödənişləri 2014-cü ilin yanvarında 13 mln 497 min manat olub. Bu, ötən yanvardakından 5,7% çoxdur.
2013-cü ildə ARDNŞ-nin dövlət büdcəsinə ayırmaları 1 mlrd 574 mln 437 min manat olub. 2014-cü ildə ARDNŞ dövlət büdcəsinə 1 mlrd 825 mln manat ödəməlidir. –12D—
-
- Cəmiyyət
- 12 Fevral 2014 10:23
-
- İqtisadiyyat
- 12 Fevral 2014 11:30
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz