«Aviasiya» sığortaçısı yığılan mükafatların beşdə birini qaytarıb
"Ipek Yolu Sığorta" şirkətinin mənfəəti 2 mln 643,61 min manat (bir il əvvəlkinə nisbətən mənfi 7,7% və ya 420 min).
Şirkətin ümumi gəlirləri 20,6 mln manat olub. Bunun 16,58 mln-u sığorta haqları, 657,63 min manat təkrar sığorta, 872,01 min manat investisiya fəaliyyəti gəlirləridir.
Xərclər 17,3 mln manat olub. Təkrarsığorta xərcləri 13,21 mln manat, mükafatlar üzrə qayıdan məbləğ 3,1 mln manat (mükafatların 5-də biri), sığorta işlərinin aparılması xərcləri 714,21 min, sığorta ödənişləri 87,03 min manat olub.
Aktivlər artmayıb (+0,1%) - 22 mln 89,16 min manat. Öhdəliklərdə 30,6% (7,28 mln) artıb, xüsusi kapital 4,5% azalaraq 14,81 mln manat olub.
Banklardakı depozit həcmi 2,5% azalaraq 5 mln 514,25 min manat təşkil edib. «İpəkYolu Sığorta» 1996-cı ildən fəaliyyət göstərir. Nizamnamə kapitalı 12 mln 92,5 min manat, səhmdarları SilkAvia, «AZAL» və 1 fiziki şəxsdir. --17D—
-
- İqtisadiyyat
- 2 Aprel 2014 17:37
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz