Xarici turistlər Azərbaycanda orta hesabla $700-800 xərcləyir
2013-cü ildə Azərbaycana xarici turist axınında artım davam edib, onların sayı 2,5 mln nəfəri keçib. Bu barədə Mədəniyyət və Turizm Nazirliyinin şöbə müdiri Aydın İsmiyev bildirib.
Turan-ın xarici turistlərin Azərbaycanda xərcləri barədə suala cavab olaraq İsmiyev qeyd edib ki, bir səfər çərçivəsində onları orta xərci $700-800 olur. ПVəsaitlərin əsas hissəsi otel xidməti və yeməyə gedir.
Azərbaycanda mehmanxana şəbəkəsinin inkişafı ilə bağlı suala cavab olaraq İsmiyev deyib ki, Bakı və regionlarda 30-40 yeni otel və obyektlərin tikintisi davam edir.
«Otel nömrələrinin qiymətini bazar müəyyən edir, biz qiymət siyasətinə qarışa bilmərik, deyə Mədəniyyət və Turizm Nazirliyinin təmsilçisi qeyd edib. O, əlavə edib ki, 5 ulduzlu otellər seqmenti dolub, bu gün 3-4 ulduzlu otellərə ehtiyac var.
Azərbaycanda 500 mehmanxana və 200 turist agentliyinin lisenziyası var. 08C
-
- İqtisadiyyat
- 2 Aprel 2014 17:00
-
- Siyasət
- 2 Aprel 2014 18:17
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz