Avropa Komissarı Aİ üzvlərini energetika ittifaqı yaratmağa çağırıb
Avropa İttifaqı əvvəlki kimi Rusiyanın enerji daşıyıcılarından həddindən artıq çox asılıdır və energetika ittifaqını kifayət qədər fəal yaratmır, bu barədə Avropa Komissiyasının sədr müavini Maroş Şefçoviç bildirib.
“Biz enerji mənbələrinin müxtəlifləşdirilməsi üzrə fəal addımları davam etdirməliyik”, deyə Reuters agentliyi ondan sitat gətirir.
Aİ ölkələri energetika sistemlərini birləşdirməyə tələsmir, bu, xüsusən zəif planlaşdırma və hökumətlərin başqa ölkələrdən asılı olmaq istəməməsi ilə əlaqədardır.
Şefçoviç elektrik şəbəkələrinin və qaz nəqliyyatı sistemlərinin birləşdirilməsi üçün “təcili siyasi addımlar atmağa” çağırıb.
Tədarüklərin sabit, münasib qiymətli, səmərəli və müxtəlif olması üçün ən az üç tədarükçü lazımdır. Bəzi Aİ üzvləri üçün Rusiya yeganə tədarükçüdür.
Polşanın yeni konservativ hökuməti kömür sənayesinə investisiyaları davam etdirməyi planlaşdırır, bir neçə Avropa şirkəti isə sentyabrda “Qazprom”la “Şimal axını” qaz kəmərinin genişləndirilməsi haqqında razılığa gəliblər ki, bu da Aİ-nin Rusiya qazından asılılığı azaltmaq cəhdinə ziddir. Buna görə Avropa Komissiyası “Şimal axını”nın genişləndirilməsinin Aİ qaydalarına uyğun olduğuna şübhə edir.
Gələn il Avropa Komissiyası maye qaz tədarükünün genişləndirilməsi strategiyasını təqdim edəcək. Gələn ilin fevralında Avropa ölkələrindən ilk olaraq Litva ABŞ-da maye qaz alacaq. -02D-
-
- Siyasət
- 20 Noyabr 2015 16:40
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz