- İqtisadiyyat
- 6 Oktyabr 2015, 14:03
- 161
Avstriya bankı Azərbaycanda kapital bazarının imkanlarını öyrənir
Avstriya Raiffeisen Bank International-ın qiymətli kağızlar xidmətləri üzrə qrupu bu günlərdə Bakıda olub. Görüş zamanı Azərbaycanın kapital bazarının qlobal bazara inteqrasiyası və onun tətbiqi şərtlərinə dair məsələlər müzakirə edilib.
Azərbaycanda aktivlərin saxlanması üzrə mərkəzi depozitari bu il sentyabrın 15-dən Milli Depozitar Mərkəz sayılır ki, bu da qeyri-kommersiya statusuna keçir. Avstriyalılar ölkənin qiymətli kağızlar üzrə yeni qanunvericiliyi, həmçinin koreyalı mütəxəssislərin hazırladıqları maliyyə bazarında proseslərin avtomatlaşdırılması üzrə proqram təminatı ilə tanış olublar.
Qeyd edək ki, hələ 2007-ci ildə Raiffeisen Bank Azərbaycan banklarından biriylə birləşmə yoluyla ölkənin bank bazarına daxil olmaq niyyətində olub. Lakin bu baş verməyib. Bank Azərbaycanın bir neçə bankına (AccessBank, Pasha Bank, Azərbaycan Beynəlxalq Bankı və s.) 100 mln. ABŞ dollarına yaxın həcmdə kredit verib. Ölkə banklarının bir çoxunun Avstriyanın bu bankında müxbir hesabı var.08D
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz