- İqtisadiyyat
- 2 Noyabr 2012, 13:25
- 211
AXA MBASK zəlzələdən ziyan çəkənlərə ödənişləri başa çatdırıb
AXA MBASK sığorta şirkəti bu ilin may ayında respublikanın şimal-qərb bölgəsində baş vermiş zəlzələlərdən ziyan çəkən müştərilərinə ödəmələri başa çatdırıb. Onların ümumi məbləği 80 min manatdan çox olub.
Mətanət Səmədovaya (Zaqatala) 42.000 manat, Könül Həmidovaya (Şəki) 13.200 manat, Rəmziyə Süleymanovaya (Şəki) 1.200 manat, Hikmət Qafarova (Şəki) 8.677 manat, Adil Süleymanova (Şəki) 9.243 manat və Nərminə Rəsulovaya (Şəki) 7.725 manat ödənilib.
Pul vəsaitləri AXA MBASK şirkətinin zərərlərin keyfiyyətli və operativ tənzimlənməsi strategiyası çərçivəsində maksimal qısa müddətə ödənilib.
Azərbaycan Milli Elmlər Akademiyası Respublika Seysmoloji Xidmət Mərkəzinin məlumatına görə, bu ilin may ayının əvvəllərində Zaqatala şəhəri yaxınlığında dörd yeraltı təkan baş vermiş, nəticədə onlarla ev ciddi zədələnmişdi.
AXA MBASK sığorta şirkəti yerli bazarda 1992-ci ildən fəaliyyət göstərir və 25 könüllü, 4 icbari sığorta növü üzrə xidmət edir.
Ödənilmiş nizamnamə fondu 5,73 mln manatdır.
"MBASK"ın ölkədə 5 filial və təmsilçiliyi var. Ötən ilin oktyabrında MBASK əsas səhmdarını dəyişib. Şirkətin səhm nəzarət paketini (51%) AXA Group (Fransa) öz törəmə şirkəti AXA Sequros Generales, S.A, De Sequros Y Reasequros (İspaniya) vasitəsilə alıb. --17D—
-
- Siyasət
- 2 Noyabr 2012 13:20
-
- İqtisadiyyat
- 2 Noyabr 2012 13:26
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz