- İqtisadiyyat
- 2 Noyabr 2012, 13:26
- 181
«Alfa Sığorta»nın nizamnamə kapitalı 6,75 mln manat oldu
«Alfa Sığorta» şirkəti rəsmi olaraq nizamnamə kapitalını 6,75 mln manata (+42,1%) çatdırıb.
Şirkətin saytı məlumat verir ki, yeganə səhmdarı «Bank Technique» nizamnamə kapitalını 2 mln manat - 6 mln 750 min manata artırmaq təklifini qəbul edib.
Bunun üçün nominalı 1 min manat olan 2 min səhm buraxılıb.
«Alfa Sığorta» şirkəti 1997-ci ildə təsis edilib. Şirkət 21 könüllü, 4 icbari sığorta növü üzrə xidmət göstərir. 2008-ci ilin fevralında müddətsiz lisenziya alıb. Yeganə təsisçisi və əsas səhmdarı «Bank Technique»dır.
Dövlət Sığorta Nəzarəti Xidmətinin məlumatına görə, yanvar-sentyabrda şirkətin mükafatları 3 mln 819 min manat, ödənişləri 792,88 min manat olub.
Şirkətin nizamnamə kapitalı 6,75 mln manatdır. --17D—
-
- İqtisadiyyat
- 2 Noyabr 2012 13:25
-
- İqtisadiyyat
- 2 Noyabr 2012 13:45
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz