Azər-Turk Bank daha bir şöbə açıb
“Azər-Türk Bank” avqustda daha bir şöbə və filial açıb. Avqustun 4-də Bankın Bakı şəhəri, Xətai rayonu, Fəzail Bayramov küçəsində yerləşən 2 saylı şöbəsinin açılışı olub.
“Azər-Türk Bank”ın inkişaf strategiyasına uyğun olaraq yaradılmış yeni şöbə həftəiçi hər gün saat 09:30-dan 17:00-a qədər müştərilərin xidmətindədir.
Burada müştərilərin fiziki və hüquqi şəxslərə bank hesablarının açılması, fiziki şəxslərə depozit hesablarının açılması, valyuta mübadilə əməliyyatlarının həyata keçirilməsi, nağdsız pul köçürmələri, ölkədaxili sürətli pul köçürmələri, şəxsi hesabdan nəğd vəsaitin çıxarılması, hökümət ödəniş portalı üzrə əməliyatların, alqı-satqı əməliyyatlarının aparılması kimi xidmətlərdən istifadə etməsi mümkündür. Müştərilər həmçinin 2 saylı şöbəyə müraciət etməklə Azər Türk Bankın müxtəlif çeşidli ödəmə kartlarını sifariş verə bilərlər.
Bir neçə gün əvvəl “Azər-Türk Bank”ın Şirvan şəhəri Məhəmməd Əmin Rəsulzadə küçəsi 33 ünvanında “Şirvan” filialının açılışı keçirilib.
Bankın xidmət şəbəkəsi, məhsul və xidmətləri barədə daha ətraflı məlumatları www.azerturkbank.az saytından, Bankın sosial şəbəkələrdəki korporativ səhifələrindən, yaxud (012) 945 nömrəli Məlumat Mərkəzindən əldə etmək olar.
“Azər-Türk Bank” 1995-ci ildə yaradılıb. Əsas səhmdarı ƏMDK-dir (75%). --17D—
-
- İqtisadiyyat
- 10 Avqust 2016 12:19
-
- İqtisadiyyat
- 10 Avqust 2016 12:49
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz