Sığorta bazarında təmərküzləşmə artır
2016-cı ilin birinci yarısında Azərbaycanda sığortaçılar sığorta haqları 285 mln 348,765 min manat təşkil edib. Bu, ötən ilin analoji dövrünün göstəricisindən 17,7% çoxdur. Bu barədə Maliyyə Bazarlarına Nəzarət Palatasından məlumat verilib.
Maraqlıdır ki, risklərin idarə edilməsi ilk beşliyin əlində cəmlənib: Pasha Sığorta 64,61 mln manat və ya 22,64%, Pasha Hayat Sığorta 45,03 mln, AzərSığorta 32,7 mln manat, Atəşgah - 21,33 mln, Atəşgah Həyat Sığorta - 19,96 mln. Yəni 1 iyul üçün sığorta haqlarının 183,63 mln manatı və ya 64,4% beşliyin əlində cəmlənib.
Ekspertlərin fikrincə, vəsaitlərin Pasha Holdingə aid şirkətlərin əlində toplanması (üçdə bir) narahatlıq doğurur. Belə ki, KTS A-Qroup-un əlindən alınıb, korporativ müqavilələr ələ keçirilib. Bu, rəqiblərin iflas həddinə çatdırılması üzrə yeganə fakt deyil. Ödənişlər mükafatların 80-120% həddinə çatanda strukturların mövcudluğu sual altına düşür.
Könüllü mükafatlar 177,1 mln manat (+15,54%), ödənişlər 75,1 mln (+4,93%) olub. Həyat sığortası şirkətləri 81,93 mln əldə edib, ödənişlər 36,77 mln manat olub.
Ödənişlərin ümumi həcmi 101,4 mln manat (+10,1%) olub. Yəni 100 manata 35,5% (ötən ilin eyni dövrünə nisbətən mənfi 2,5%) ödənilib. --17D—
-
- İqtisadiyyat
- 10 Avqust 2016 11:58
-
- İqtisadiyyat
- 10 Avqust 2016 12:31
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz