Azərbaycan Azersky peyki üçün 100 mln avro cəlb edib
“Azərkosmos” ASC Sumitomo Mitsui Banking Corporation (SMBC) və Mizuho Bank ilə 11 illik müddətə 100 milyon avro məbləğində kredit sazişi imzalayıb. Fransanın ixrac-kredit agentliyi olan COFACE tərəfindən zəmanətlə təmin olunmuş kredit Azərbaycanın ilk Yer səthinin məsafədən müşahidə peyki olan Azersky peykinin maliyyələşdirilməsi üçün nəzərdə tutulub. Krdit dərəcəsi açıqlanmır.
“Azərkosmos”un mətbuat üçün açıqlamasında qeyd edilir ki, saziş çərçivəsində Fransanın Airbus DS şirkəti Azərkosmosu 30 iyun 2014-cü tarixdə orbitə buraxılmış peyk sistemi ilə təmin edir. Şirkət həmçinin yerüstü idarəetmə seqmenti, peyk təsvirlərinin avtomatik emalı avadanlığı, çoxmissiyalı yerüstü qəbuletmə stansiyası, missiya avadanlıqları tədarük edəcək.
Azersky məsafədən müşahidə peyki orbitdə ən azı 12 il qalacaq.
-
- Söz istəyirəm
- 12 Noyabr 2015 12:22
-
- Siyasət
- 12 Noyabr 2015 12:32
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz