Azərbaycan kazaklarının yeni atamanı
Noyabrın 9-da Bakıda Azərbaycan Kazakları Həmyerlilər Birliyinin növbədənkənar toplantısı keçirilib. Toplantının gündəliyinə Həmyerlilər Birliyinin yeni atamanının seçilməsi məsələsi daxil olub. Belə ki, ataman Viktor Mereşnikov 2015-ci ilin aprelində vəfat edib. O, Azərbaycan Kazakları Həmyerlilər Birliyi təsis edildiyi vaxtdan – 1994-cü ilin noyabrından quruma rəhbərlik edib.
Toplantıda Həmyerlilər Birliyinin şöbələrinin rəhbərləri tərəfindən təqdim edilən 166 nəfərlik siyahi üzrə 106 nəfər iştirak edib.
Açıq səsvermə zamanı Çiqirev Yuri Sergeyeviç böyük səs çoxluğu ilə Azərbaycan Kazakları Həmyerlilər Birliyinin atamanı seçilib. 87 nümayəndə onun “lehinə”, 2-i “əleyhinə” səs verib, 3-si “bitərəf” qalıb.
Y.Çiqirev göstərilən etimada görə təşəkkürünü bildirib və qeyd edib ki, Həmyerlilər Birliyində yaradılan adət-ənənəyə sadiq qalacaq. O, gələcək fəaliyyətini gənclərlə işin inkişafına yönəldəcəyini vurğulayıb.
Qeyd edək ki, kazakların nümayəndələri Azərbaycana Rusiya imperiyasına birləşdikdən sonra gəliblər. Onların çoxu Rusiya ordusunun hərbləşdirilmiş birləşmələrində olublar. 1917-ci il inqilabından sonra kazaklar demək olar ki, rus əhalinin arasında yayılıblar.-02D-
-
- Cəmiyyət
- 12 Noyabr 2015 11:14
-
- İqtisadiyyat
- 12 Noyabr 2015 12:26
Söz istəyirəm
-
Turanın məktəbindən keçən
-
Bütün agentliklərin, idarə və müəssisələrin adlarını dırnaq içində yazdığım halda, bir tək Turan-ı heç vaxt dırnaqda yazmadım. Yazılarda Turan-ı dırnaq içində gördüyümdə dırnaqdan çıxardım.
-
“Turan”-dan işdən çıxanda bu şəkli oğurladım… İşdən çıxdım, amma “Turan”ı qəlbimdən çıxara bilmədim. Bunu çoxu anlamaz, bəziləri anlayar ancaq. “Turan” mənim üçün özün olmaq demək idi.. “Turan” mənim üçün təmiz, vicdanlı və çox maraqlı insanlar deməkdir. Məktəbdir, yuvadır, ailədir mənim üçün “Turan”. Tək sarsılmaz qaya kimi dayandın, qorxmadın, əyilmədin və indi ən düzgün tarix kimi qalacaqsan. Hər ana, hər dəqiqəyə görə minnətdaram sənə. Sevinci ilə, kədəri ilə hər zaman ürəyimdəsən. Şeflərim isə elə şef kimi qalacaqlar) Sizi sevirəm və bu sevgi tükənməzdir.
-
Turan İA-nin öz fəaliyyətini dayandırması haqqında məlumat son dərəcə üzücüdür. Müstəqil, doğru, tərəfsiz xəbərin, təhlilin, mövqeyin ünvanı olan Turan 35 ildir fəaliyyət göstərib. Qanlı-qadalı 1990-cı ildə fəaliyyətə başlayan bu media qurumu XXI əsrin 3-cü onilliyində - yəni 2025-ci ilin fevral ayında maliyyə çətinliyindən öz fəaliyyətini dayandırır.
Rəy yaz