Azərbaycan balıq ovu kvotasından tam istifadə etməyib
2013-cü ildə Azərbaycanın balıq şirkətləri və fiziki şəxslər 793,8 ton balıq tutub. Bu, 2012-ci ildəkindən 116,8 ton çoxdur. Amma ümumi kvota mənimsənilməyib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məlumatına görə, Xəzər cə daxili sututarlarda (Ceyranbatan və Şəmkir su anbarları, Sarısu gölü) ümumi ov həcmi 1 166,8 ton olub. Ovlanmış balığın 206 tonu kilkə (2012-ci ildə 372 ton), 150 tonu siyənək (126), 125 tonu kefal (125), 117 tonu kütüm (80), 72 tonu külmə (62), 59 tonu (64) çapaq balıqlarının, qalanı isə digər balıq növlərinin payına düşüb. Balıqçılar tərəfindən kvotanın alınması üçün 16,4 min manat ödənilib.
Dövlətstatkoma görə, 2012-ci ildə ölkədə 57 667 ton balıq tutulub. Bunun 56,3 min tonu fiziki şəxslərin payına düşür. Bu, qeyri-leqal ov sayılır və ev təsərrüfatlarında istifadə və istehlak həcmi ilə müəyyən edilir. Amma mütəxəssislər bu rəqəmlərlə razılaşmır və onu şişirdilmiş sayır.
Azərbaycanda balıq və balıq məhsulları ətdən çox az istifadə edilir. Bunu bazarda təklif və balıq mağazalarının sayından da görmək olar. --0--
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz