Azərbaycan-Rusiya investisiyalarına artmaq əmr edilib

Sentyabrın 29-da Həştərxanda Azərbaycanla Rusiya arasında sərmayələrin təşviqi və qarşılıqlı qorunması barədə hökumətlərarası saziş imzalanmasını sıradan hadisə adlandırmaq olmaz. Buna yaxın perspektivdə qarşılıqlı investisiyaların artımı üçün platforma kimi baxmaq lazımdır, deyə Turan ekspertləri düşünür.

Son vaxtlar tərəflər investisiya əməkdaşlığında müsbət dəyişikliklər qeyd edir. RF İqtisadi İnkişaf Nazirliyinin məlumatına görə, 2013-cü ildə Rusiya Azərbaycana investisiya üzrə aparıcı səkkizliyə düşüb. 2013-cü ilin yanvar-sentyabrında Rusiya investisiyaları $110,2 mln olub. Azərbaycanda Rusiya kapitalının iştirak etdiyi 500 şirkət var. Bunun 200-dən çoxu yüz faiz Rusiya kapitallıdır.

Bank VTB (Azərbaycan) $25 mln nizamnamə kapitalına malikdir. O, Azərbaycanda ticarət, tikinti, sənaye (o cümlədən neft-qaz), aqrar-sənaye kompleksinin kreditləşməsində aktiv iştirak edir. Bu qrupun iri layihələrindən «Azərbaycan Dəmir Yolları»na $20,0 mln, AZEL «Azerbaijan Electronics»ə $3,7 mln vəsait ayrılmasını göstərmək olar.

RF-ə Azərbaycan investisiyaları da artır. Son 3 ildə «Azersun Holding» Krasnodarda çayçəkici fabrikə $16,5 mln qoyub, «Mətanət-А» və Krasnodar administrasiyası quru tikinti qatışığı istehsalı üzrə 5 zavod tikmək barədə saziş imzalayıb. Azərbaycan tərəfinin investisiyaları 30 mln avro olacaq.

Dövlət Neft Fondu 2012-ci ilin sonunda “Qazprombank”a 3 mlrd rubl yerləşdirib. «VTB» ASC-nin $500 mln-luq səhmləri, Moskvada $133 mln dəyərində daşınmaz əmlak alınıb.

RF-in Azərbaycandakı ticarət nümayəndəliyi ticari-iqtisadi əməkdaşlığın perspektivini belə görür. Azərbaycanda regionların inkişafı proqramı, yol və nəqliyyat infrastrukturunun modernləşdirilməsi, yanacaq-energetika və başqa sahələrin texniki təchizatı, texnopark və azad iqtisadi zonaların yaradılması. Nəticədə avtomobil və tikinti-yol texnikası, dəmir yolu qatarları, maşın, mexanizm, avadanlıq, metal, metal prokatı, tikinti materailları idxalı artacaq. Bu isə RF-dən bu malların ixracına imkan yaradacaq.

Ərzaq proqramının icrası da Rusiyanın kənd təsərrüfatı texnikası, gübrə, toxum və heyvandarlıq materialları tədarükçülərinə əlavə imkanlar yaradır.

AMB-nin bankların nizamnamə kapitalına minimum tələbi 50 mln manata artırması RF-in maliyyə strukturları üçün əlavə imkanlar yaradır, deyə Rusiya ekspertləri bildirir.

Azərbaycan isə Rusiyaya qarşı sanksiyalar şəraitində meyvə-tərəvəz, şərab-konyak ixracını artırır. Gömrük-logistika mərkəzlərinin tikintisi, Azərbaycan investisiyaları cəlb etməklə Rusiya ergionlarında kənd təsərrüfatı məhsullarının emalı və sxlanması müəssisələrinin yaradılması bu dinamikaya yardım edəcək.

ARDNŞ və «Rosneft» arasında neft və qaz yataqlarının birgə işlənməsi və satışı haqda 13 avqust 2013-cü ildə Putinin Azərbaycana səfəri zamanı imzalanan sazişin də perspektivi var.

Rusiyanın iqtisadi inkişaf naziri Aleksey Ulyukayev iyunda Bakıya səfəri zamanı qeyd edib ki, suveren fondların, o cümlədən ARDNF, RF Milli Rifah Fondu, Azəərbaycan İnvestisiya Şirkəti və Rusiya Birbaşa İnvestisiya Fondunun Azərbaycandakı layihələrə birgə investisiya investisiya qoyması imkanları müzakirə edilib.

2013-cü ilin nəticələrinə görə, Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsi 30% artaraq $2,583 mlrd təşkil edib. Azərbaycanda $428 mln mənfi saldo olub – Azərbaycanın ixracı $1,077 mlrd, yaxud bütün ixracatın  4,5%-i təşkil edib. Rusiya ixracı $1,505 mlrd yaxud Azərbaycanın idxalının 14,05%-i təşkil edib. 2012-ci ildə ölkələr arasında ticarət dövriyyəsi $2,338 mlrd təşkil edib. Ticarət dövriyyəsinin ən yüksək səviyyəsi 2011-ci ildə qeydə alınıb, təxminən 3 mlrd.

Rusiya 2016-cı ilə qədər ticarət dövriyyəsini $4 mlrd-a çatdırmaq istəyir. Bu tam real proqnozdur. Müxtəlif proqnozlara görə 2017-c ilə qədər davam edəcək Rusiya iqtisadiyyatının zəifləməsi şəraitində Azərbaycan investisiyaları və daxili bazar Rusiya istehsalılçılarına va onların bazarına dəstək vermək üçün maksimum istifadə ediləcək. Bunlar  merkantil maraqlar və Rusiyanın Ukraynaya qarşı etdiyi hərəkətlərinin iz buraxdığı Azərbaycanın daxili təhlükəsizliyi məsələsinin aktuallığı ilə diktə ediləcək. Azərbaycan prezidenti İlham Əliyev Həştərxanda imzalanan sənədi ikitərəfli münasibətlərdə irəliləyiş adlandırıb. —0—

Rəy yaz

İqtisadiyyat

Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti