Azərbaycan, Türkmənistan və Türkiyə Aİ ilə energetika üzrə bəyannamə imzalayıb
Mayın 1-də Aşqabadda Türkmənistan, Azərbaycan və Türkiyənin neft-qaz qurumlarının rəhbərləri və Avropa İttifaqının nümayəndələrinin iştirakı ilə görüş keçirilib.
Türkmənistan Dövlət Agentliyinin məlumatına görə, tərəflər konstruktiv, bərabərhüquqlu, uzunmüddətli və qarşılıqlı faydalı əməkdaşlığın davam edəcəyinə əminlik ifadə edibıər.
Tərəflər həmçinin “Türkmənistandan Avropaya təbii qaz tədarükünün təmin edilməsində bərabərhüquqlu və qarşılıqlı faydalı əməkdaşlığın vacibliyini qeyd ediblər.
Türkmənistandan qazın Avropaya etibarlı tədarükü üçün nəqliyyat infrastrukturunun formalaşdırılması üzrə dialoqun inkişafı zəruriliyini vurğulayan tərəflər bu infrastrukturun beynəlxalq standartlara uyğun olacağını bildiriblər və işçi qrup yaratmaq qərarına gəliblər.
Bundan sonra danışıqların gedişində Türkmənistan, Azərbaycan, Türkiyə və Aİ enerji strukturu rəhbərlərinin müavinləri səviyyəsində işçi qrup yaradılacaq.
-
- Söz istəyirəm
- 4 May 2015 12:29
-
- İqtisadiyyat
- 4 May 2015 13:41
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz