Azərbaycan vətəndaşları Türkiyədə daşınmaz əmlak alırlar
Bakı/29.08.19/Turan: 2019-cu ildə əcnəbilər tərəfindən Türkiyədə daşınmaz əmlak alınmasında rekord qırılıb. Belə ki, Türkiyənin Statistika İdarəsinin məlumatına görə, 2019-cu ilin əvvəllərindən əcnəbilər 24 144 yaşayış obyekti alıblar, bu da 2018-ci ilin ilk yeddi ayı ilə müqayisədə 64,5% çoxdur. Ən çox İstanbulda daşınmaz əmlak satılıb - 11 min. Ankara, Bursa və digər şəhərlərdə də mənzil məşhurdur. Ən məşhur kurort Antalyadır, burada əcnəbilər ilin əvvəlindən 4857 obyekt alıblar.
Bu il ən fəal alıcılar İraq vətəndaşları olub - 4 mindən çox obyekt alıblar.
İkinci yerdə 2666 obyektlə İranlılar gəlir. Rusiyalı alıcılar 1479 obyektlə üçüncü yeri tutur.
Azərbaycan vətəndaşlarının bu fonda fəallığı təvazökar görünür: 2019-cu il ərzində onlar Türkiyədə 623 mənzil alıblar, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 28% çoxdur. 2018-ci il boyunca azərbaycanlılar Türkiyədə 1250 mənzil alıb.
2018-ci ildə əcnəbilər Türkiyədə 40 044 mənzil alıb ki, bu da 2017-ci illə müqayisədə 78,5% çoxdur. -02D-
-
- İqtisadiyyat
- 29 Avqust 2019 15:48
-
- Cəmiyyət
- 29 Avqust 2019 17:05
İqtisadiyyat
-
2024-cü ilin dekabr ayında Azərbaycanda İstehlak Qiymətləri İndeksi (İQİ) ötən ilin eyni dövrü ilə müqayisədə 4,9% artıb, əsasən ərzaq və içkilərin qiymət artımı bu artıma səbəb olub. Dövlət Statistika Komitəsinin məlumatına görə, ümumi İQİ 104,9% təşkil edib, burada ərzaq məhsulları, içkilər və tütün üzrə 5,5%, qeyri-ərzaq məhsulları üzrə 2,4% və əhaliyə göstərilən pullu xidmətlər üzrə isə kəskin 6,3% artım qeydə alınıb.
-
2024-cü ildə Azərbaycan, Energetika Nazirliyinin açıqladığı ilkin məlumata əsasən, 29.1 milyon ton neft (kondensat daxil olmaqla) hasil edib ki, bu da 2023-cü ildəki 30.2 milyon tondan azdır.
-
Dövlət Statistika Komitəsinin məlumatına görə, Azərbaycanda 2024-cü ildə orta illik inflyasiya sabit olaraq 2.2% səviyyəsində qalıb. Bu, qlobal meyllərlə müqayisədə daha aşağı qiymət artımı dövrünü göstərir. Lakin sektorlardakı fərqliliklər daxili siyasət tədbirləri və xarici təsirləri əks etdirir.
-
Azərbaycanın iqtisadiyyatı gələn illərdə də artımını davam etdirəcək, lakin ING Qrupu və Birləşmiş Millətlər Təşkilatının (BMT) proqnozları bərpa sürətinə dair bir qədər fərqli baxışlar təqdim edir. Niderlandın ən böyük bank qurumu olan ING Qrupu, Azərbaycanın Ümumi Daxili Məhsulunun (ÜDM) müsbət artımını proqnozlaşdırır, BMT isə daha optimist bir görünüş təklif edir.
Rəy yaz