Azərbaycanın ödəniş sisteminin dövriyyəsi il ərzində 23,6% artıb
Azərbaycanın kredit təşkilatları 2012-ci ilin iyununda 10167 mln manatlıq 1876 min ödəniş tapşırığı həyata keçiriblər. Hesabat ayında ödəniş sayı 263 min azalıb, onların ümumi dövriyyəsi ötən ayla müqayisədə 272 mln manat artıb.
Ötən ilin müvafiq dövrü ilə müqayisədə yanvar-iyunda ödəniş sayı 4472 min və ya 57,8% artaraq 12209 min olub, onların həcmi isə 10566 mln manat və ya 23,6% artaraq 55381 mln manat təşkil edib.
Ödəniş dövriyyəsinin strukturunda iri və müddətli ödənişlərin payı onların ümumi miqdarının 1,8%-i (217 min), ümumi həcminin 91,1%-i (50477 mln manat) qədər olub. Ödənişlərin bu kateqoriyasının orta həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,5% azalaraq 219,2 min manat, kiçik və pərakəndə ödənişlərin orta həcmi isə 43% artaraq 522,9 manat olub.
1 iyul 2012-ci il üçün ödəniş sisteminin istifadəçiləri 54 təşkilat olub, onlardan 50-i iri və müddətli ödənişlər həyata keçirə bilib. --15B--
-
- İqtisadiyyat
- 17 Avqust 2012 14:44
-
- İqtisadiyyat
- 17 Avqust 2012 15:07
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz