Azərbaycanlı turistlər xaricdə təxminən 3 mlrd pullar qoyub
Azərbaycanlıların son beş ildə xaricdə turizm xərcləri təxminən 8 dəfə artıb. Rəsmi statistikaya görə, ötən il Azərbaycanın xaricdəki rezidentlərinə 2,9 mlrd dollarlıq turizm xidməti göstərilib, bu da 2012-ci ilin göstəricisindən 16,6% çoxdur və beş il əvvəlki göstəricini 8 dəfə üstələyir. 62,3% yaxud 1,81 mlrd dollar vətəndaşların özəl xarici səfərləri zamanı xərclənib. 2013-ci ildə xarici turistlər Azərbaycanda 2,4 mlrd dollar xərcləyib, onun 36,6%-i Azərbaycana işgüzar səfər zamanı çəkilən xərclər təşkil edib. Nəticədə turizm xidmətlərinin mənfi saldosu yarım milyon dollara çatıb.
Bu gün Azərbaycanda 2008-2016-cı illəri əhatə edən turizmin inkişafı proqramı reallaşdırılır. Dövlət Azərbaycanın reklamına, turizm infrastrukturunun inkişafına milyonlarla dollar xərcləyir. Ancaq yenə də vətəndaşlar xaricdə dincəlməyə üstünlük verir. Azərbaycandan əsas turist axını Türkiyəyədir. Sonrakı yerləri Rusiya, Gürcüstan, Ukrayna (Krım yarımadası), BƏƏ (Dubay) tutur.
Azərbaycanlılar bir çox zalda xaricə istirahətə ölkədə turizm xidmətlərinin qiyməti baha olduğuna görə gedir. Ölkə daxilində bir nəfər üçün normal yeddi günlük istirahətin qiymətin min manat təşkil edir. Türkiyədə eyni məbləğə Antaliyada 7 gün Avropalı səviyyəli serviz təklif edilir, sistemə hər şey (uçuş, mehmanxanaya transfer, yemək) daxildir.
Digər uzaqlaşdıran səbəb servis səviyyəsinin aşağı olmasıdır. Bu Bakıdan kənarda daha çox hiss edilir.
Bazar iştirakçılarının fikrincə, Azərbaycanda turizmin inkişafı üçün həvəsləndirici siyasət tətbiq edilməlidir, bura turizm mərkəzləri və regionlarda istirahət zonaları üçün 5 il müddətinə ƏDV-nin ləğvi daxil edilə bilər. Regionlarda turizm xidmətləri mövsümü xarakter daşıdığına görə turizm şirkətləri, mehmanxana və istirahət bazalarının daimi əməkdaşlar üçün gəlir vergisinin azaldılması məqsədəuyğun hesab edilir. Həmçinin turizm məqsədi üçün istifadə edilən avadanlıqların gömrük vergi və rüsumlarından azad edilməsi təklif edilir. Ancaq ən əsası, turizm sahəsinin işçiləri müxtəlif dövlət strukturları tərəfindən yersiz yoxlamalar və pul qoparmalarından canlarını qurtarmağı arzulayır.
Turizm dünya iqtisadiyyatının ən gəlirli və dinamik sektorlarından biridir. Bir çox ölkələrdə turizm xaorici valyutanın daxil olması üçün əsas mənbədir. Turist səfərlərinin 2/3 hissəsi səyahət və istirahətin payına düşür. İnkişaf etmiş ölkələrdə turların 70%-dən çoxu ölkə daxilində səhayətlərin payına düşür. --15B--
-
- İqtisadiyyat
- 11 Aprel 2014 12:20
İqtisadiyyat
-
Gürcüstanın Baş Naziri İrakli Kobaxidze çərşənbə günü Bakıda keçirilən COP29 sammitində çıxış edərək, Gürcüstanın 2025-ci ilə qədər yenilənmiş Milli Müəyyən Edilmiş Töhfəsini (NDC 3.0) təqdim edəcəyini elan etdi və ölkənin yenilənmiş iqlim ambisiyalarını vurğuladı.
-
BAKI, 13 noyabr (Reuters) - Xorvatiyanın Baş Naziri Andrej Plenkoviç çərşənbə günü Bakıda keçirilən COP29 sammitində çıxış edərək, Xorvatiyanın Adriatik dənizinin qorunması və bərpa olunan enerji layihələrinin inkişafına yönəlik səylərini artırdığını elan etdi.
-
İtaliyanın Baş naziri
-
Yunanıstan Baş Naziri Kiriakos Mitsotakis çərşənbə günü Bakıda keçirilən COP29 sammitində Avropa liderlərini “ağıllı yaşıl saziş”ə çağıraraq, enerji keçidində həm ekoloji, həm də iqtisadi reallıqları nəzərə alan balanslı bir yanaşmanın vacibliyini vurğuladı.
Rəy yaz