Rusiyadan minik avtomobillərinin idxalı azalır
Azərbaycana minik avtomobillərinin idxalında Rusiyanın payı ildən ilə azalır, bu məsələdə 2012-ci ildən avtonəqliyyat vasitələri tərəfindən atmosferə zərərli maddələrin tullanması ilə bağlı ekoloji normaların tətbiqinin də rolu böyük olub.
Dövlət Statistika Komitəsinin məlumatına görə, 2013-cü ildə Azərbaycana diler və distribyutorlar tərəfindən ümumi deklarasiya olunmuş məbləği 69 mln dollar olan 8398 minik avtomobili gətirilib. Bu da ötən il ərzində ölkəyə idxal edilən təzə minik avtomobillərinin 10,3%-i təşkil edir. Yaxın keçmişdə bu göstərici 50%-ə çatırdı.
RF Bakıdakı Ticarət Nümayəndəliyinin məlumatına görə, 2007-ci ildə Rusiyadan Azərbaycana 15195 minik avtomobili gətirilib. DSK-nin məlumatına görə, 2007-ci ildə Azərbaycana ümumi dəyəri 278,9 mln dollar olan 34 mindən artıq minik avtomobili gətirilib.
Rusiya minik avtomobilləri gömrükdə orta hesabla 8 220 dollara deklarasiya edilir. Bu da 2007-ci ildən 0,4% çoxdur.
RF-dən Azərbaycana əsas avtomobil idxalçısı səhmdarlarından birinin Rusiyanın «Avto-VAZ» şirkətinin olduğu “Xazar-Lada” ASC-dir.
Aprelin 1-dən qüvvəyə minən avtonəqliyyat vasitələrinə tətbiq edilən Avro-4 ekoloji standartlara əsasən, RF-dən 2013-cü ildə və daha sonra istehsal olunan avtomobil gətirmək olar. 08B
-
- İqtisadiyyat
- 11 Aprel 2014 12:17
-
- İqtisadiyyat
- 11 Aprel 2014 12:22
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz