Prezident 2014-cü ildə Neft Fondundan TANAP layihəsinə maliyyəni 20 dəfə azaldıb
Prezident İlham Əliyev aprelin 10-da Dövlət Neft Fondunun büdcəsinə dəyişiklik edilməsi barədə fərman imzalayıb.
Dəyişikliyə əsasən, fondun xərcləri 11 349 934,8 min manatdan 10 590 034,8 min manata endirilib.
Yəni xərclər 759 mln 900 manat ($1 mlrd) azalıb.
Əgər əvvəl bu il üçün Fondun büdcəsi 277 mln 8,6 min profisitlə proqnozlaşdırılırdısa, indi profisit həcmi 1 mlrd 36 mln 908,6 min olub.
ARDNF 2014-cü il büdcəsində ən böyük xərc maddəsi TANAP-da dövlətin payının maliyyələşməsi idi – 800 mln manat.
Bu xərc maddəsi 20 dəfə azaldılıb, deyə Turan agentliyi qeyd edir.
Xərclərin azaldılması “Şahdəniz 2” layihəsində bir sıra tədbirlər və Cənub qaz dəhlizinin yaradılması ilə bağlıdır. Bundan əvvəl dövlət başçısı “Mərhələ 2”də dövlətin payının idarə edilməsi, Cənub qaz dəhlizinin genişləndirilməsi və TANAP və ТAP-la bağlı QSC yaradılması barədə fərman imzalayıb. Bu məqsədlə Fonddan 40,1 mln manat ayrılıb.
* Ötən il Fonndan TANAP layihəsinə vəsait ayrılmayıb.—12В--
-
- İqtisadiyyat
- 11 Aprel 2014 12:22
-
- İqtisadiyyat
- 11 Aprel 2014 12:48
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz