Almaniyanın "E.ON" şirkəti ARDNŞ ilə əlaqələri gücləndirir
Almaniyanın "E.ON" şirkəti Bakıda ofis açıb, deyə Turan məlumat verir.
ARDNŞ-nin yaydığı məlumatda deyilir ki, aprelin 10-da ARDNŞ və Almaniyanın “E.ON” şirkəti arasında əməkdaşlıq üzrə Koordinasiya Komitəsinin görüşü olub. ARDNŞ-nin prezidenti Rövnəq Abdullayev iki şirkət arasında əməkdaşlıq perspektivlərini müsbət qiymətləndirib, “Cənub Qaz Dəhlizi” layihəsi çərçivəsində Cənubi Qafqaz Boru Kəməri, TANAP və TAP kimi irimiqyaslı beynəlxalq layihələrinin həyata keçirildiyi ərəfədə ARDNŞ ilə “E.ON” şirkəti arasında əməkdaşlığın genişləndirilməsinin böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb.
İclasın sonunda müxtəlif təqdimatlar keçirilib. Tədbirin sonunda görüşün protokolları imzalanıb.
Qeyd edək ki, 19 sentyabr 2013-cü ildə ARDNŞ və E.ON “Şahdəniz 2” üzrə qaz alqı-satqısı üzrə 25 illik müqavilə bağlayıb. E.ON qazı İtaliyadakı layihələri üçün ТАР-dan alacaq. E.ON şirkəti ТАР layihəsində 9% paya malikdir.–12D--
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz