«Azərxalça» ASC-nin nizamnaməsi təsdiq edilib
Nazirlər Kabineti oktyabrın 4-də mayın 5-də prezidentin sərəncamı ilə yaradılan «Azərxalça» ASC-nin nizamnaməsi və strukturunu təsdiq edib. Nizamnamə korporativ idarəetmənin qabaqcıl tələblərinə uyğundur.
Nizamnaməyə əsasən, yeni dövlət şirkəti xalça və xalça məmulatlarının istehsalı, ixracı ilə məşğul olur.
Cəmiyyətin nizamnamə kapitalı 15 mln manatdır. Bir səhmin nominal qiyməti 1 manat təşkil edir. Bütün səhmlər dövlətindir. Şirkət haqda məlumatlar hələ kommersiya şəxslərin dövlət reyestrinə daxil edilməyib.
SC-nin strukturuna onun aparatı, törəmə şirkətləri, filial və nümayəndəlikləri daxildir.
“Azərxalça” SC-nin Müşahidə Şurası İqtisadiyyat Nazirliyi tərəfindən 3 il müddətinə təyin edilən üç şəxsdən ibarətdir.
MŞ səhmdar cəmiyyətinin 1 mln manatdan artıq, amma xalis aktivlərinin 25%-dən çox olmayan öhdəliklərinə icazə verir.
SC-nin icra orqanı olan İdarə Heyəti 5 nəfərdən ibarətdir. İH-nin sədri və 2 üzvünü Azərbaycan prezidenti təyin edir, digər iki üzvü İqtisadiyyat Nazirliyi təyin edir.
Şirkətin konsolidə edilmiş maliyyə hesabatı iyunun 30-dan gec olamayaraq mətbuatda dərc edilir.
Hələlik “Azərxalça” SC-nin təsərrüfat fəaliyyəti barədə məlumat verilmir. Yalnız o məlumdur ki, dövlət vəsaiti ilə regionlarda xalça sexləri açılır. 08D
-
- Mədəniyyət
- 10 Oktyabr 2016 14:01
-
- Cəmiyyət
- 10 Oktyabr 2016 14:19
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz