
Soso Pavliaşvili və Timur Temirov XİN-in «qara siyahısı»ndan çıxarılıb
Azərbaycan XİN rusiyalı müğənnilər Soso Pavliaşvili və Timur Temirovu Azərbaycana girişi qadağan edilən şəxslərin siyahısından çıxarıb.
XİN mətbuat xidmətinin məlumatında deyilir ki, musiqiçilər XİN-ə məktubla müraciət edərək Azərbaycana girişə qadağanın ləğv olunmasını xahiş ediblər.
Qadağa həmin müğənnilərin Qarabağa qanunsuz səfəri və işğal olunmuş ərazilərdə konsert fəaliyyətilə bağlı tətbiq edilmişdi. Onlar məktubda Azərbaycanın suverenliyinə hörmətlə yanaşdıqlarını və Bakıda konsert proqramları ilə çıxış etmək arzusunda olduqlarını bildiriblər.
-02D-
-
- İqtisadiyyat
- 10 Oktyabr 2016 13:52
-
- İqtisadiyyat
- 10 Oktyabr 2016 14:04
Mədəniyyət
-
11 fevralda Bakıda yerləşən Ritual Teatr və Yaradıcılıq Laboratoriyasında “Bakının Əriyən Qar Hekayələri” adlı güclü sənədli teatr tamaşası nümayiş etdirildi. Bu tamaşa, məkan əsaslı teatr üzrə keçirilən bir işgüzar məşğələni yekunlaşdırır. Məşğələdə müxtəlif yaş qruplarından 15 sənətçi iştirak edib, hamısı hekayə anlatımının transformativ gücünü istifadə edərək iqlim dəyişikliyini araşdırmağa çalışıb. Tədbir, Böyük Britaniyalı rejissor Sebastian Harcombe (SECRET/HEART Theatre Company) və Ritual Teatrın rəhbəri Aynur Zərrintac tərəfindən idarə edilib və Britaniya Şurası tərəfindən dəstəklənib.
-
Nizami Kino Mərkəzində Elməddin Alıyevin "Qayıdış" tammetrajlı sənədli filminin təqdimat mərasimi keçirilib. Film Qarabağ münaqişəsindən sonra doğma yurdlarına qayıdan bir arıçı ailəsinin hekayəsini izləyicilərə göstərir.
-
Azərbaycanda elektron musiqi səhnəsi son illərdə canlansa da, bu sahədə qadın DJ-lərin sayı hələ də məhduddur. Musiqi sənayesində öz yerini tutmaq istəyən qadınlar təkcə texniki bacarıqları ilə deyil, həm də cəmiyyətin onlara biçdiyi rollarla və gender balanssızlığı ilə mübarizə aparmalı olurlar.
-
Dünyada dayanıqlılıq təşəbbüsləri sürətlə artarkən, Avropa İttifaqının "Yaşıl Gələcək 2025" müsabiqəsi Azərbaycanda gənc innovatorlar üçün ekoloji problemlərə biznes yönümlü həllər təqdim etməyə imkan yaradan bir platformaya çevrilib. Bakıda keçirilən bu müsabiqənin dördüncü buraxılışı Azərbaycanlı gənclərin yaşıl innovasiyalara bağlılığını və yaradıcılığını nümayiş etdirdi, Avropa İttifaqının genişmiqyaslı "Planetimiz naminə" kampaniyasına töhfə verdi.
Rəy yaz