Bakıdan Təbrizə ikinci aviaxətt açılır
«Azərbaycan Hava Yolları» iyulun 3-dən Bakı-Təbriz-Bakı reyslərinə başlayır. Bu, cari ildə bu marşrutla ikinci reysdir.
Bir tərəfə biletin qiyməti 96, iki tərəfə 190 manatdır, deyə AZAL-da Turan-a bildiriblər. ATR-42 təyyarələri ilə uçuş həftədə iki dəfə - çərşənbə axşamı və cümə günü olacaq.
Bu marşrutla birbaşa uçuş 27 oktyabr 2012-ci ilə kimi davam edəcək.
Qeyd edək ki, ilin əvvəlindən İranın Kish Air aviaşirkəti ilk dəfə Bakı-Təbriz-Bakı marşrutu ilə uçuşlara başlayıb. Hazırda uçuşlar çərşənbə axşamı və şənbə günü həyata keçirilir. Biletin qiyməti 99 manatdır (iki tərəfə 159 manat).
AZAL və İran Air Tehrana az qala hər gün uçuş həyata keçirir. 08B
-
- Siyasət
- 21 İyun 2012 17:05
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz