Bakıda MDB dövlətlərinin Antiinhisar Siyasəti Şurasının təmsilçiləri toplaşıb
Bu gün Bakıda Bakıda MDB dövlətlərinin Antiinhisar Siyasəti üzrə Dövlətlərarası Şurasının 36-cı iclası işə başlayıb. İştirakçılar iclasın ilk günü Şuranın 35-ci iclasında qəbul edilmiş qərarların icra vəziyyəti və bu sahədə görülmüş işləri müzakirə edir.
İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin rəisi, dövlət xidmətində fərqləndiyi üçün medal almış Zahid İsayev “Müasir mərhələdə Azərbaycan Respublikasında rəqabət siyasətinin inkişafı” mövzusunda məruzə ilə çıxış edib. İqtisadi İnkişaf Nazirliyinin press-relizində bu siyasətin nə olduğu açıqlanmır. Amma heç kəs üçün sirr deyil ki, Azərbaycanda son 5 ildə Rəqabət Məcəlləsi qəbul edilmir. Təbii və bazar inhisarı subyektlərinin reyestri açıqlanmır. Müstəqil ekspertlər qeyd edir ki, ölkə iqtisadiyyatının praktik olaraq bütün sahələri inhisraçıların əlində toplanıb. Onları dövlət məmurları himayə edir. Amma Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti praktik olaraq bunu “görmür”. Ədalət naminə deyək ki, Xidmət Azerbaijan Coca-Cola Bottlers şirkətini rəqabət prinsipini pozduğu üçün iki dəfə cərimələyib. Bakı və regionlarda kiçik ticarətçilər deyirlər ki, bu Xidmətin müxtəlif bəhanələrlə rüşvət tələb edən əməkdaşları onları boğaza yığıb. 08B
-
- İqtisadiyyat
- 21 İyun 2012 17:13
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz