Bakının inkişafı zamanı mülkiyyətçilərin hüquqları pozulmamalıdır
LandMark otelində «Böyük Bakının regional inkişaf planı və mülkiyyət hüququ» mövzusunda dəyirmi masa keçirilib.
«Azad İqtisadiyyata Yardım» İB-nin sədri Zöhrab İsmayılın sözlərinə görə, bu yaxınlarda paytaxtın baş planı üzrə dinləmələr keçirilib. Sənəd hələ işlənməkdədir, amma bir neçə ildir, mərkəzdəki sakinləri ucqarlara köçürürlər. 2009 – 2012-ci illərdə Xutor, Füzuli, Bədəlbəyli, M.Əliyev küçələri, Bayraq Meydanı, Heydər Əliyev Mərkəzi hüdudunda 3 min 930 ailənin evi uçurulub. Neftçilər və Azadlıq prospektləri, “Ramstor” ətrafında ev sahiblərinin hüquqları pozulub.
Konstitusiyaya əsasən, mülkiyyət formasından asılı olmayaraq, heç kəs ondan məhrum edilə bilməz. «Dövlət ehtiyacları üçün torpağın özgələşdirilməsi haqqında» qanunda bildirilir ki, cədvəl tərtib edilib mülkiyyətçilərə ədalətli kompensasiya verilməlidir. Əslində onların evini alıb 1 m2 üçün standart 1,5 min manat verirlər. Adekvat ev ala bilməyənlər ya öz hesabına, ya da ipoteka və ya ktedit alıb şəhər ətrafında ev alır.
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin mütəxəssisi Feyzulla Quliyevin sözlərinə görə, Bakıda 2 mln 598 min nəfər yaşayır. 2030-cu ildə əhali 3,5 mln olacaq. Bakı ŞİH-nin Abşeronda 213 min ha torpağı var. Orta hesabla hər bakılıya 17,5 m2 mənzil sahəsi (mərkəzdən köçürülənlərin çoxunun adambaşına yaşayış sahəsi 4-6 m2 olub) düşür. --17D—
-
- Siyasət
- 11 İyun 2014 14:21
-
- İqtisadiyyat
- 11 İyun 2014 15:37
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz