Bakıya Sverdlovskdan biznesmenlər gəlir
2014-cü ilin 13 mart tarixində Rusiya Federasiyasının Sverdlovsk vilayətinin qubernatoru Yevgeniy Kuyvaşevin rəhbərliyi ilə nümayəndə heyətinin ölkəmizə səfəri çərçivəsində Bakıda Azərbaycan-Rusiya Biznes Forumu keçiriləcək.
Statistika göstərir ki, iki ölkə arasında ticarət-iqtisadi münasibətlərdə inkişaf var.
Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunda (AZPROMO) Turan-a deyiblər ki, Bakı Biznes Mərkəzində ağır və yüngül sənaye, nəqliyyat, kənd təsərrüfatı, tikinti, enerji, neft-kimya, təhsil, səhiyyə, maliyyə, ticarət və digər sahələri təmsil edən Sverdlovsk şirkətləri iştirak edəcəklər.
Gömrük Komitəsinin məlumatına görə, 2013-cü ildə Rusiya ilə əmtəə dövriyyəsi 10,3% artarq $2 mlrd 582 mln olub. Müsbət saldo Rusiyanın xeyrinədir - $241 mln. 2012-ci ildə bu göstərici $421 mln olub.
Rusiya Azərbaycanın xarici ticarət dövriyyəsində 7,45%-lə (2013-cü il) üçüncüdür. Azərbaycanın idxalının 14%-i Rusiyanın payına düşür. Bu göstərici ilə o, Azərbaycana ixracatda birincidir. 08D
-
- İqtisadiyyat
- 6 Mart 2014 14:36
-
- Siyasət
- 6 Mart 2014 15:12
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz