Baku Bus Avropa Oyunlarının başlanmasını gözləyir
Nazirlər Kabinetinin qərarı ilə “BakuBus” MMC-nin yaradılmasından bir il keçir. Yeni şirkət fəaliyyətə iyunun 12-də - Avropa Oyunları zamanı fəaliyyətə başlayacaq.
Bu şirkətin avtobuslarının marşrutları da müəyyən edilməyib. Nazirlər Kabinetinin 3 aprel 2014-cü il tarixli qərarı ilə bu məsələnin həlli Nəqliyyat Nazirliyi və Bakı ŞİH-ə tapşırılıb.
Bu ilin fevralında prezident İ.Əliyev “BakuBus” MMC-nin tikilməkdə olan deposunda olub. Onu maliyyə naziri Samir Şərifov müşayiət edib. Bəyan edilib ki, Fransadan 302 İVECO markalı avtobus alınıb. Yeni şirkətdə 900 nəfər, o cümlədən 650 sürücü işləyəcək.
“BakuBus”un nizamnamə kapitalı üçün 2014-cü ildə dövlət büdcəsindən 30 mln manat ayrılıb. Yerli KİV bildirir ki, təkcə 150 avtobus alınması üçün $68 mln ayrılıb.
“BakuBus” MMC-nin saytında (www.bakubus.az) onun fəaliyyəti ilə bağlı informasiya yoxdur.
Avtobuslarda plastik kartlarla ödəniş üçün metro stansiyalarında “BakiKart” terminalları quraşdırılıb.
Nəqliyyat Nazirliyinin məlumatına görə, Bakıda sərnişin daşınması ilə 32 şirkət məşğul olur. Onlar 2800-dən çox avtobus istismar edir. Nəqliyyat Nazirliyi yanında “Bakı Sərnişin və Yük Daşımalarının Təşkili” MMC fəaliyyət göstərir. “BakuBus” Bakı ŞİH yanında fəaliyyət göstərir. 08B
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz