«Bank Standard» əmanətçilərin hüquqlarını pozur
“Bank Standard” QSC əmanətçilərin öz əmanətlərini tam götürmək hüquqlarını pozur. Bu barədə bü gün «Antikollekor» şirkətinin rəhbəri Əkrəm Həsənov bildirib.
Həsənovun sözlərinə görə, bu bankın əmanətçiləri ona müraciət edib bildirirlər ki, bank onlara öz əmanətlərini tam götürməyə mane olur. Bu zaman onlara belə bir seçim imkanı təklif olunur:
1) əmanətin 20%-i indi qaytarılır və yeni uzunmüddətli əmanət müqaviləsi bağlanır, əmanət həmin müddətin sonunda qaytarılır;
2) və ya əmanət hissə-hissə bir neçə il ərzində aybaay qaytarılır.
Bank qanunvericiliynə əsasən, əmanət müraciət ediləndən sonra 5 gündən gec olmayaraq banka qoyulduğu valyuta ilə götürülür.
Hələlik “Bank Standard” QSC məlumatı şərh etmir.
Bu günlərdə Maliyyə Bazarlarına Nəzarət Palatası məlumat verib ki, “Bank Standard” QSC-nin sağlamlaşdırılması davam edir və o, normal məcrada işləyir. 08D
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz