Bank VTB-nin prezidenti-sədri Andrey Kostin Azərbaycana səfər edib
Bank VTB-nin prezidenti-sədri Andrey Kostin Azərbaycana səfərdə olub. Səfər zamanı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev VTB rəhbərini qəbul edib. Görüşdə VTB qrupunun regionda inkişaf perspektivləri müzakirə olunub.
Bankın press-relizində deyilir ki, səfər zamanı Andrey Kostin vergilər naziri, iqtisadiyyat və sənaye naziri, VTB-nin ən böyük səhmdarlarından olan və ötən il SPO-da iştirak edən Azərbaycan Respublikası Dövlət Neft Fondunun rəhbərliyi, habelə Azərbaycanın neft şirkətləri sırasında olan bankın potensial müştəriləri ilə görüşüb.
Səfərin nəticələrini şərh edən Andrey Kostin deyib: «Səfər son dərəcədə faydalı oldu. VTB investisiyaların regiona cəlb olunması istiqamətində, xüsusilə iqtisadiyyatın real sektorunda, həmçinin əhaliyə və Azərbaycan ərazisində fəaliyyət göstərən şirkətlərə bank xidmətlərinin keyfiyyətinin yüksəldilməsi sahəsində çalışır. Müvafiq siyasət Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən dəstək qazanıb».—0--
-
- İqtisadiyyat
- 11 Fevral 2014 14:16
-
- Cəmiyyət
- 11 Fevral 2014 14:33
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz