Birinci yarımildə Naxçıvan iqtisadiyyatına rəsmi baxış
Birinci yarımildə Naxçıvan Muxtar Respublikasında ümumi daxili məhsulun həcmi bir milyard dolları keçib.
Anklavın statistika qurumu məlumat verir ki, məhsul və xidmət həcmi 885 mln 96 min manat ($1,127 mlrd) təşkil edib.
Adambaşına ümumi daxili məhsul (420 min nəfər qeydiyyatdadır) 2 min 103,9 manat olub. Məlumata görə, həcmin 30,8%-i sənaye məhsulu, 23,6%-i tikinti sektorudur.
Sənayedə özəl sektorun payı mütləq ifadədə dövlət sektorunu keçir. Belə ki, sənayenin dövlət sektorunda 29 mln 392 min manatlıq, özəl sektorda 372 mln 946 min manatlıq istehsal olub. Kənd təsərrüfatı istehsalı ötən ilin eyni dövrü ilə müqayisədə 5,5%, yük daşımaları həcmi 10,6%, informasiya və rabitə xidməti 6,6%, pərakəndə əmtəə dövriyyəsi 17,5%, əhaliyə pullu xidmətlər 14,6% çox olub.
Xarici əmtəə dövriyyəsi $183 mln təşkil edib, bunun $35 mln 055 mini (19,1%) idxal, $148 mln 206 mini (80,9%) ixracdır.
Orta aylıq əmək haqqı 358,4 manat təşkil edib.
Naxçıvan dotasiya ilə yaşayır. Bu il Milli Məclis ona 258 mln manat (büdcə mədaxilinin 85%-i) verib. --17D—
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz