Borclulara qarşı bank iddialarına səbəb düzgün olmayan kredit siyasətidir
Banklar müştərilərlə məhkəmə çəkişmələrini davam etdirir. Təkcə bu həftə (http://femida.az/2013/06/03/banklarin-m%C9%99hk%C9%99m%C9%99-mubahis%C9%99l%C9%99ri-novb%C9%99ti-reytinq), 7 iyun da daxil olmaqla 82 iddiaya baxılacaq.
Ötən həftə bankın müştəriyə qarşı kredit borcu və faizlərinin ödənilməsi, borcun girov predmetinə yönəldilməsi iddiası, kredit müqaviləsinə xitam verilməsi iddiaları vardı. sabiq əməkdaşın banka qarşı işə bərpa barədə iddiası da yer alırdı.
Bu həftə evdən çıxarılma iddiası, müştərinin banka qarşı kredit və ipoteka müqaviləsinin etibarsız hesab edilməsi iddiası da əlavə olunub. Banklar borcun maaşla ödənilməsi imkanına barmaqarası baxır, Bakı qeydiyyatını əsas götürür. Regionlarda qeydiyyatda olan vətəndaşlar yüksək maaş barədə arayış versə də, kredit almaq şansları aşağıdır.
“Kapital Bank”ın ehsabında 9, “Bank Technique”də 8 iddia var (bunun üçü “Texnikabank” adı ilədir). Ardınca “Unibank”, “Nikoyl”, “AG Bank” və
“Royalbank” ASC gəlir – hərəyə 6 iddia.
AMB-nin məlumatına görə (http://cbar.az/releases/2012/12/27/azrbaycan-respublikasnn-mrkzi-banknn-2013-c-il-n-pul-v-maliyy-sabitliyi), əhalinin istehlak kreditlərinə tələbatı artıb. Az istisna ilə bütün ailələr məişət texnikasını kreditlə alır.
Təkcə “Bank of Baku”nun 1 mln 95 min 795 istehlak krediti alan müştərisi var. --17D—
-
- Cəmiyyət
- 3 İyun 2013 14:00
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz