Bu gün Bakıda 12-ci Beynəlxalq AITF 2013 turizm sərgisi açılıb
Bu gün Bakıda Ekspo Mərkəzdə XII Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər Sərgisi («AITF-2013») açılıb. Bu ilki sərgiyə 35 ölkədən 250 şirkət qatılaraq öz məhsul və xidmətlərini nümayiş etdirəcək:
Eksponentlərin 40%0i daimidir. 19 ölkə milli stendlərlə təmsile diləcək. Sərgidə daimi iştirakçılar Bolqarıstan, Kipr, Çexiya, Birləşmiş Ərəb Əmirlikləri, Gürcüstan, Rusiya, Sloveniya, Türkiyə və Misirlə yanaşı Monteneqro, Tailand, Tunis, Kanada, Macarsıtan, Mərakeş və Monakodan olan turizm şirkətləri isə sərgidə ilk dəfə iştirak edərək öz xidmətlərini təklif edəcək. Türkiyə və Gürcüstan stendlərinin sahəsinin 2 dəfə artırıb.
Sərgidə aparıcı Silk Way Travel, Millennium Tour, Gilan Turizm, N-Travel, Smart Holiday və s. şirkətlər iştirak edəcək.
Azerbaijan Airlines, Turkish Airlines, China Southern Airlines, Air Astana, Adria Airways (Sloveniya) ayrıca stendlərlə çıxış edəcək.
Sərgi Azərbaycanın turizm potensialı ilə tanışlıq üçün də meydança olacaq və aprelin 6-da başa çatacaq. 08D
-
- İqtisadiyyat
- 4 Aprel 2013 17:26
-
- Siyasət
- 4 Aprel 2013 17:56
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz