"Bulla-dəniz" yatağında yanğın davam edir
Avqustun18-nə kecən gecə Xəzərin Azərbaycan sektorunda “Bulla-dəniz” qaz-kondensat yatağlnda baş vermiş yanğın davam edir. Bu barədə Turan-a avqustun 20-də Dövlət Neft Şirkətindən məlumat verilib. Yanğının lokallaşdırılması və söndürülməsi üçün tədbirlər həyata keçirilir. Bu işə Dövlət Neft Şirkətinin xüsusi xidməti və Bp şirkətinin mütəxəssisləri cəlb olunublar. Ötən gün ARDNŞ prezidenti Rövnəq Abdullayev yanğının söndürülməsi məsələləri ilə bağlı müşavirə keçirib.
“Qaz açıq şəkildə fontan vurub və yanğın baş verib”, - SOCAR-ın saytı bildirib. Saytın məlumatına görə, platformada olan işçilər evakuasiya edilib.
“Bulla-dənuz” Bakının 80 km.-də açıq dənizdə yerləşir. --03D-
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz