Cənubi Qafqaz qaz kəməri ilə qaz nəqli bərpa edilib
Cənubi Qafqaz qaz kəməri ilə qaz nəqli bərpa edilib, deyə Gürcüstan Neft və Qaz Korporasiyasında REGNUM-a bildiriblər.
Hazırda (8 fevral axşam - Turan) Gürcüstan gündə 2,5 mln m3 əvəzinə “Şahdəniz”dən 1,8 mln m3 qaz alır.
Cənubi Qafqaz qaz kəməri ilə (Bakı-Tbilisi-Ərzurum) qaz nəqli 7 fevralda Səngəçal terminalında yaranan problemlə bağlı dayandırılmışdı. 8 fevral səhəri problem həll edilib, vəziyyət 10 fevral üçün tam düzələcək. Bundan sonra Gürcüstan və Türkiyəyə qaz adi rejimdə veriləcək.
Neft və Qaz Korporasiyasında bildirirlər ki, qaz nəqli dayansa da, Gürcüstan əhalisinin qaz təchizatında problem olmayıb. Gürcüstan distribütorları başqa qaz kəmərlərindən (Hacıqabul-Qardabani, ARDNŞ-nin balansındadır –Turan) əlavə qaz alıblar.
Cənubi Qafqaz qaz kəməri ilə “Şahdəniz” qazı Gürcüstan və Türkiyəyə nəql edilir. BTƏ-nin uzunluğu 692 km-dir. 2006-cı ildə istismara verilib. Bu il Qardabani yaxınlığında 12 km-lik qaz kəməri tikintisi başa çatıb. O, BTƏ-ni Gürcüstanın qaz təchizatı sistemi ilə birləşdirir. –12D--
-
- Siyasət
- 10 Fevral 2014 13:36
-
- İqtisadiyyat
- 10 Fevral 2014 14:04
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz