Daşınmaz əmlak üzrə sənədlərin rəsmiləşdirilməsi sadələşdirilir
Əmlak Məsələləri Dövlət Komitəsi daşınmaz əmlak üzrə sənədlərin vətəndaşlar tərəfindən rəsmiləşdirilməsi prosesini sadələşdirir. Bunu komitənin İnformasiya texnologiyaları və məlumat idarəetmə mərkəzinin direktoru Yaşar Niftiyev bu gün Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzinin təşkil etdiyi brifinqdə deyib.
Məmurun sözlərinə görə, bundan sonra notariat kontorunda bağlanmış daşınmaz əmlakın alqı-satqısı haqqında müqaviləni öz adına keçirmək üçün vətəndaşdan daha Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə gəlməsi tələb olunmayacaq.
Niftiyev deyib ki, vətəndaşlar müvafiq müraciəti Xidmətə elektron formada göndərəcəklər:
Alqı-satqı müqaviləsi notariat kontorunda vətəndaşın adına yenidən rəsmiləşdiriləcək və rüsumun ödənişi elektron formada həyata keçiriləcək Vətəndaşdan sənədi almaq üçün yalnız notariat kontoruna yenidən baş çəkmək tələb olunacaq. Vətəndaşlar yaxın vaxtlarda xidmətdən istifadə edə biləcəklər --17D—
-
- Siyasət
- 13 Mart 2015 15:15
-
- İqtisadiyyat
- 13 Mart 2015 15:22
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz