Gömrük dövlət büdcəsinə 209,5 mln manat toplayıb
Bu ilin yanvar-fevralında Gömrük Komitəsinin xətti ilə dövlət büdcəsinə 209 mln 530 min manat vəsait köçürülüb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 6,5% çoxdur.
DGK-nın məlumatına görə, bu ilin fevralında gömrük rüsumu həcmi ötən ayla müqayisədə iki dəfədən çox azalaraq 15 mln manat olub. Ötən ay gömrükçülər gömrük yığımını əsasən ƏDV hesabına təmin ediblər – 82,5 mln manat və ya gömrük mədaxilinin 78%-i.
İki ayda DGK bu il büdcəyə köçürülməsi nəzərdə tutulan vəsaitin 14%-i təmin edib. Planı (1 mlrd 590 mln manat) ödəmək üçün gömrükçülər ayda 132,5 mln manat toplamalıdır. Hələlik bu göstərici 104,5 mln manatdır. 08D
-
- İqtisadiyyat
- 13 Mart 2015 15:20
-
- İqtisadiyyat
- 13 Mart 2015 15:30
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz